
Millimizin oyunu təhlükədə
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında Monteneqro yığması ilə bugünkü oyunu qeyri-sabit hava şəraiti ilə əlaqədar öncədən nəzərdə tutulduğu kimi, saat 15:00-da başlamayacaq.
Sportlife.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, baş hakim vəziyyətə yerində baxış keçirdikdən sonra matçın keçirilib-keçirilməyəcəyi ilə bağlı qərar verəcək.