Dünya idmanının 2 əfsanəsi görüşdü

  • Dünən, 17:44

Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Tayson Fyuri əfsanəvi futbol məşqçisi Ser Aleks Ferqyusonla görüşüb.

Sportlife.az xəbər verir ki, dünya idmanının tanınmış simaları yemək masası ətrafında bir araya gəliblər.  Görüşün digər detalları açıqlanmayıb.

Fyurinin son döyüşü 2024-cü ilin dekabrında Aleksandr Usikə qarşı olub. Mübarizə ukraynalı boksçunun qələbəsi ilə başa çatıb. Bundan sonra Fyuri peşəkar boksdan getdiyini elan edib.

Ferqyuson isə futbol tarixinin ən uğurlu məşqçilərindən biridir. O, 1986-2013-cü illərdə "Mançester Yunayted"in sükanı arxasında 13 dəfə Premyer Liqanın, 5 İngiltərə Kubokunün və 2 UEFA Çempionlar Liqasının qalibi olub.


Paylaş: