
Mbappeyə tərif yağdırdı
"Real"ın yarımmüdafiəçisi Cud Bellingem Çempionlar Liqasında "Mançester Siti" üzərində qazanılan qələbəni (3:1, iki oyundan sonra 6:3) şərh edib.
Sportlife.az xəbər verir ki, ingiltərəli futbolçu het-trik edən Kilian Mbappenin çıxışını da dəyərləndirib.
“Bu, indiyə qədər oynadığımız ən yaxşı matçlardan biri idi. Əvvəldən özümüzü çox rahat hiss edirdik. İlk görüşdə qazandığımız üstünlük bu cür oynamağa imkan verdi.
Mbappeyə gəlincə, inanılmaz dərəcədə xüsusi oyunçudur. Bunu hamı bilir, amma özünü sübut etməkdən heç vaxt əl çəkmir. Eyni zamanda, bir insan kimi də yaxşıdır. Bizə fayda verməyə davam edəcək".