
"Belə havada oynamaq insanlığa ziddir"
"İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano KONKAKAF Çempionlar Liqasının 1/16 finalında "Sportinq Kanzas Siti" ilə mənfi 15 dərəcə temperaturda keçirdikləri oyunu (1:0) şərh edib.
Sportlife.az xəbər verir ki, argentinalı mütəxəssis belə şəraitdə oynamağın çox çətin olduğunu bildirib:
“Komandamla qürur duyuram, çünki belə şəraitdə oynamaq mümkün deyil. Bu insanlığa ziddir. Oyunçularım fədakarlıq nümayiş etdirdilər. Messi fantastik qol vurdu. Bəkə də onu tanıyan insanlar üçün bu normaldır, çünki daha əvvəl 1000 dəfə belə qol vurub. Amma Messi komandamızda olduğu üçün biz çox şanslıyıq”".
"İnter Mayami" 1/8 finalda "Kavalyer"lə qarşılaşacaq.