
Mbappe hamını qabaqladı
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Sportlife.az xəbər verir ki, bu ada pley-off mərhələsinin “Mançester Siti” ilə cavab matçında (3:1) het-trik edən "Real"ın hücumçusu Kilian Mbappe sahib çıxıb.
Fransalı forvard səsvermədə Vitinya (PSJ), Noa Lanq (PSV) və Orkun Kökçünü ("Benfika") qabaqlayıb.