
"Avrokuboklarda iştirak onlar üçün çox yaxşı təcrübə olardı"
"Bu il "Turan Tovuz"un çıxışını qənaətbəxş hesab etmək olar".
Bu sözləri Sportlife.az saytına açıqlamasında millinin keçmiş futbolçusu Bəxtiyar Musayev deyib.
O, Tovuz təmsilçinin oyun üslubunu bəyəndiyini söyləyib: "Komandanın öz oyun dəsti-xətti var. Çox intizamlı oynayırlar. Futbolçuların keyfiyyəti biraz da yüksək olsaydı, daha inamlı çıxış edərdilər. Bəzi oyunlarda kadr problemləri səbəbindən məğlub oldular. Avrokuboklarda mübarizə apara bilərlər. Bu, onlar üçün çox yaxşı təcrübə olardı. Amma çox çətin olacaq. Bununla belə, "Turan Tovuz"un hər çətinliyin öhdəsindən gələcək potensialda olduğuna inanıram".
Akif ƏHMƏDOV