Məşhur futbolçu meydanlara qayıdır

  • Dünən, 12:50

Rusiya millisinin sabiq hücumçusu Aleksandr Kerjakov futbolçu karyerasını bərpa edə bilər.

Sportlife.az xəbər verir ki, 42 yaşlı veteran məşqçilik karyerasında yaranmış fasilədən istifadə edərək, futbol meydanına qayıtmaq istəyir. 

Kerjakov sonuncu dəfə 2017-ci ilin mayında rəsmi oyunda iştirak edib.

O, futbolçu karyerasında "Zenit", "Sevilya", "Dinamo" və "Sürix"də çıxış edib. Məşqçi kimi isə Rusiyanın gənclərdən ibarət yığmasını, “Tom”, “Nijni Novqorod”, “Karmiotissa”, “Spartak Subotiça” və “Kayrat”ı çalışdırıb.


Paylaş: