Kvaratsxeliya PSJ-nin hədəfini açıqladı

  • Dünən, 13:45

PSJ-nin futbolçusu Xviça Kvaratsxeliya Çempionlar Liqasının pley-off mərhələsində "Brest" üzərində 7:0 hesablı qələbəni şərh edib.

Sportlife.az xəbər verir ki, gürcüstanlı vinger darmadağınla başa çatan matçın asan keçmədiyini bildirib: "Amma biz qalib gəlməyə davam etməliyik. Mən çox xoşbəxtəm, oyunumuzdan təsirləndim.

Çempionlar Liqasını qazana bilərikmi? Bu, bizim məqsədimizdir, buna nail olmaq üçün mümkün olan hər şeyi edəcəyik”.


Paylaş: