
Qadın futbolçunu öpdüyü üçün cərimələndi
İspaniya Kral Futbol Federasiyasının keçmiş rəhbəri Luis Rubiales 10 min avrodan çox cərimələnib.
Sportlife.az xəbər verir ki, bununla bağlı İspaniya məhkəməsi qərar çıxarıb.
Buna funksionerin 2023-cü ildə qadınlardan ibarət ölkə millisinin üzvü Cennifer Ermosonu öpməsi səbəb olub.
Qeyd edək ki, hadisə dünya çempionatının finalında İngiltərə yığması üzərində qələbədən sonra baş vermişdi.