"Neftçi"dən 1 xal götürmək uğurdur” - Ayxan Abbasov

  • 8 Noyabr 2024, 17:48

"Matça çox pis başladıq. Geridönüş etmək də çətin idi. Futbolçularım xarakter göstərdi. İlk hissədə üçüncü qolu da vura bilərdik. İkinci yarıda rəqib yüksək təzyiq etdi. Bizdə vəziyyət yaxşı deyildi. Kantariya yükün altına girdi, çünki oynaması sual altında idi".

Sportlife.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov "Neftçi" ilə 2:2 hesabıyla başa çatan oyundan sonra keçirilən mətbuat konfransında deyib. O, daha sonra sözlərinə belə davam edib:

"Son 4-5 oyunda zədələrə görə tam heyətlə oynamırdıq. Gənclərə fürsət düşür. Bundan yaxşı istifadə edirlər. Bilirik ki, Premyer Liqada qalmaq üçün hər xal bizim üçün vacib olacaq. "Neftçi"dən 1 xal götürmək uğurdur. 


Paylaş: