
"Neftçi"ni sevindirən xəbər
“Neftçi” Azərbaycan Premyer Liqasının 7-ci turunda qarşılaşacağı “Zirə” ilə görüşün hazırlığını başa vurub.
Artıq cəza müddəti başa çatan İqor Ribeyro zirəlilərlə matçda iştirak edə bilər.
Qeyd edək ki, oktyabrın 3-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Neftçi” oyunu saat 19:30-da başlanacaq.