
İngilislər italiyalı hücumçunu izləyir
“Tottenhem”, “Vest Hem” və “Nottinqem Forest” “Parma”nın hücumçusu Mateo Pelleqrino ilə maraqlanır.
Sportlife.az xəbər verir ki, italiya klubu 23 yaşlı argentinalını 2026-cı ilin yayından əvvəl buraxmağa hazırdır.
Pelleqrino 2025-ci ilin martından "Parma"da çıxış edir. Bu mövsüm bütün yarışlarda yeddi oyunda beş qol vurub.
Transfermarkt onun transfer dəyərini 6 milyon avro qiymətləndirir.