DÇ-2026-nın biletləri satışda

  • Dünən, 18:39

Nyu-Cersi ştatının Şərqi Ruterford şəhərindəki "MetLife" stadionunda keçiriləcək DÇ-2026-nın final oyununa ən ucuz bilet 2030 dollara satılır.

Sportlife.az xəbər verir ki, bu, 4-cü kateqoriya biletidir. 3-cü kateqoriya biletlərin qiyməti 2790 dollar, 2-ci kateqoriya biletlərin qiyməti 4210 dollar, 1-ci kateqoriya biletlərin qiyməti 6370 dollardır.

Mexikoda keçiriləcək açılış oyununa biletlər 370-1825 dollar arasında dəyişir.

2026-cı il dünya çempionatına ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək. 48 komandanın iştirak edəcəyi turnir iyunun 11-dən iyulun 19-dək keçiriləcək.


Paylaş: