FIFA Rusiya - ABŞ oyununa razılıq verdi

  • Dünən, 15:54

FIFA Rusiya və ABŞ milli komandaları arasında yoldaşlıq görüşünün keçirilməsinə razılıq verib.

Sportlife.az xəbər verir ki, bunun ali futbol qurumu üçün problem yaratmayacağı bildirilib.

ABŞ millisi də ruslarla qarşılaşmağa hazırdır. Bunun üçün, sadəcə, Rusiya Futbol Federasiyasının (RFU) təsdiqi lazımdır.

Qeyd edək ki, sentyabrın əvvəlində Rusiyanın xarici işlər naziri Sergey Lavrov FİFA rəhbərliyinin Rusiya və ABŞ milli komandaları arasında yoldaşlıq oyununun təşkili və keçirilməsi imkanlarını müzakirə etdiyini açıqlamışdı.


Paylaş: