
"PSJ-dən bəzi şeyləri öyrənməliyik"
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının ikinci turunda PSJ-yə 1:2 hesablı məğlubiyyəti şərh edib.
Sportlife.az xəbər verir ki, almaniyalı mütəxəssis rəqibin güclü komanda olduğunu bildirib:
"Qləbəyə layiq idilər. Son həftələrdə çoxlu oyunlarımız oldu, ona görə də cümə günü görüşəcəyik və onları müzakirə edəcəyik. PSJ səviyyəsində oynayacağımıza 100 faiz əminəm, amma bunu tam 90 dəqiqə ərzində etməliyik. Bütün komanda çox çalışmalı, müdafiə olunmalı, topa sahib olmada iştirak etməlidir. PSJ-də hamı topa sahib olmaq istəyir, meydanda boşluqdan istifadə etməyi, təkbətək oynamağı da bilir. Biz bunu öyrənməliyik”.