
"Arsenal" Sakanın maaşını artırmağa hazırdır
“Arsenal” hücumçu Bukayo Sakanın maaşını artıraraq müqaviləni uzatmaq istəyir.
Sportlife.az xəbər verir ki, “topçular” 24 yaşlı ingilisə həftəlik təqribən 322 min avro ödəməyə hazırdır. Tərəflər arasında artıq danışıqlar başlayıb.
Hazırkı müqavilənin müddəti 30 iyun 2027-ci ildə başa çatır.