Bir illik danışıqlar nəticə verdi

  • Dünən, 16:50

"Liverpul" müdafiəçi İbrahima Konate ilə müqavilənin yeniləndiyini açıqlayıb.

Sportlife.az xəbər verir ki, klub müqavilənin uzadılması üçün danışıqlara bir il öncə başlasa da, ortaq məxrəcə gəlmək mümkün olmurdu.

Bununla belə, son versiya iki həftə əvvəl futbolçunun agentlərinə təqdim olunub.

Qeyd edək ki, oyunçunun transfer dəyərinin 60 milyon avro olduğu bildirilir.


Paylaş: