
"Kayrat"ın qapıçısına maşın hədiyyə edildi
“Kayrat”ın qapıçısı Şerxan Kalmurzaya Çempionlar Liqasının ikinci turunda “Real”la oyundan (0:5) sonra Çinin “Ekseed” markalı avtomobili hədiyyə edilib.
Sportlife.az xəbər verir ki, 18 yaşlı oyunçuya hədiyyəni qazaxıstanlı iş adamı Uluqbek Şaripov təqdim edib.
O, bunun kiçik bir hədiyyə olduğunu bildirib: "Sən əla oğlansan, bizə çoxlu emosiyalar bəxş etdin. Əsas odur ki, dayanma".