Yamalın anası ilə şəkil çəkdirmək - 800 avro

  • Dünən, 15:12

"Barselona"nın yarımmüdafiəçisi Lamin Yamalın anası Şeyla Ebana noyabrın 7-də Londonda keçiriləcək sosial tədbirə qatılacaq.

Sportlife.az xəbər verir ki, tədbirin elanında deyilir:

"Dünyanın ən yaxşı futbolçularından birinin anası Şeyla Ebana ilə görüşməyə hazırlaşın".

Tədbir Britaniya paytaxtının otellərindən birində şam yeməyi kimi keçiriləcək. Ən ucuz biletlərin qiyməti 150 avro olacaq. 800 avroya bilet alanlar Yamalın anası ilə şəkil çəkdirə biləcəklər.

"Barselona"nın 18 yaşlı yarımmüdafiəçisinin özü şam yeməyində iştirak etməyəcək.


Paylaş: