Madrid klubları cərimələnəcək

  • Dünən, 12:33

La Liqa İspaniya çempionatının 7-ci turunun "Atletiko" - "Real" oyununda (5:2) azarkeşlərin davranışına hüquqi verib.

Sportlife.az xəbər verir ki, hər iki komandanın azarkeşləri müəyyən edilmiş qaydaları pozublar. Konkret olaraq, “Atletiko” fanatları rəqib futbolçuları və tamaşaçıları dəfələrlə təhqir ediblər.

Qonaq azarkeşlər isə "Atletiko"nun baş məşqçisi Dieqo Simeoneyə qarşı nalayiq ifadələr işlədiblər. Meydana isə yad əşyalar atılıb.

Buna görə hər 2 klubun cərimələnəcəyi gözlənilir.


Paylaş: