PFL-dən mərkəzi oyunla bağlı maraqlı - VİDEO

  • 18 Fevral 2025, 21:29

Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Sabah" oyunu ilə bağlı sosial şəbəkələrdə maraqlı video paylaşıb.

Sportlife.az xəbər verir ki, video süni intellekt texnologiyasından istifadə edilərək xüsusi olaraq hazırlanıb.

Paylaşımda Bakı şəhərinin, Masazır gölünün və Tofiq Bəhramov adına Respublika stadionunun görüntüləri yer alıb. Videoda həmçinin at belində Kadi Borqes, çiynində bayquş olan Cesse Sekidikanı görmək mümkündür.

Azarkeşlərin diqqətini çəkmək, qarşıdakı matçın həyəcanını daha da artırmağa yönəlmiş videoçarx izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.


Paylaş: