"Sabah" autsayderlə də bacarmadı

  • 17 Fevral 2025, 20:56

Azərbaycan Premyer Liqasının XXIII turunun bağlanış oyununda "Səbail" və "Sabah" komandaları heç-heçə ediblər.

Sportlife.az xəbər verir ki, “ASCO Arena”da keçirilən görüşdə qapılara qol vurulmayıb.

17 xalı olan “dənizçilər” turnir cədvəlinin sonuncu - 10-cu pilləsində qərarlaşıb. “Sabah” isə 32 xalla 5-cidir.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində “Turan Tovuz” “Araz Naxçıvanı”, “Qarabağ” “Neftçi”ni 1:0 hesabı ilə üstələyib. “Sumqayıt” isə evdə “Zirə”yə məğlub olub - 0:3. "Kəpəz" - "Şamaxı" qarşılaşması isə heç heçə bitib - 1:1.


Paylaş: