"Səbail"dən geridönüş
Azərbaycan Premyer Liqasında 22-ci tur davam edir.
Sportlife.az xəbər verir ki, bu gün 1 matç keçirilib. 9-cu yerdəki "Kəpəz" 6-cı yerdəki "Səbail"i qəbul edib. Oyun qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra Şahin Diniyevin komandası xallarını 30-a çatdırıb və "Sabah"ı üstələyərək 5-ci pilləyə yüksəlib.
Turun son 3 oyunu isə sabah keçiriləcək.
12 fevral (bazar ertəsi)
15:00.“Kəpəz” – “Səbail” - 1:4
Qol: Martins Junior, 29 (1:0), Aleksandr Ramalinqom, 45+6-pen. (1:1), Rüfət Abdullazadə, 52 (1:2), Suleyman Alluş, 60 (1:3), 90 (1:4)
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli
Qəbələ şəhər stadionu
13 fevral (çərşənbə axşamı)
15:00.“Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Əli Əliyev
Tovuz şəhər stadionu,
17:15.“Zirə” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Rəhman İmami, Kamranbəy Rəhimov
Zirə İK stadionu
19:30.“Araz-Naxçıvan”– “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev
“Dalğa Arena”
11 fevral (bazar)
“Qarabağ” – “Sabah” - 3:3