Yusif İmanov: "Bəhanəm yoxdur, səhv mənimdir" - AÇIQLAMA

Yusif İmanov: "Bəhanəm yoxdur, səhv mənimdir" - AÇIQLAMA

  • 11 Fevral 2024, 22:31

“Sabah”ın qapıçısı Yusif İmanovun “Qarabağ”la 3:3 hesablı heç-heçədən sonra Sportlife.az saytına açıqlamasını təqdim edirik:

"Oyunu yaxşı oynadıq əslində. Nizam-intizamlı oynadıq. Uşaqlar axıra kimi vuruşdu və əziyyət çəkdik. İstər müdafiədə, istər hücumda çox diqqətli olmalıyıq. Daha çox çalışırıq. Son qolda topu görmədim. Bəhanəm yoxdur, səhv mənimdir. Oyundan sonra da mənə məşqçilər dedilər ki, “heç nə olmaz, hər qapıçı səhv edir”, vəssalam".


Paylaş: