Azərbaycan klubunda ayrılıq

  • 6 Yanvar 2026, 18:31

"Abşeron Lions" basketbolçusu De Şon Eyksen ilə yollarını ayırıb.

Sportlife.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

ABŞ-dan olan oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, De Şon Eyksen ötən ilin avqustundan "Abşeron Lions"da çıxış edirdi.


Paylaş: