Azərbaycan millisi olimpiadaya vəsiqə qazandı

  • 14 Aprel 2024, 14:29

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxıb.

Sportlife.az xəbər verir ki, yığma finalda Polşa kollektivi ilə üz-üzə gəlib.

Rəqibinə 18:17 hesabı ilə qalib gələn komandamız Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.


Paylaş: