Coel Embiidin zədəsi ciddi deyil

  • 21 Aprel 2024, 22:36

NBA-də "Filadelfiya" komandasının basketbolçusu Coel Embiid pley-off mərhələsinin ilk turunda "Nyu-York"a qarşı növbəti seriya üçün hazır olacaq.

Sportlife.az xəbər verir ki, bunu "Siksers"in baş məşqçisi Nik Nörs bildirib.

Komandanın həkimi isə “O, əsl döyüşçüdür və döyüşməyə davam edəcək. Düşünürəm ki, o, tamamilə oynamaq istəyir" deyib.

"Niks"ə qarşı ilk oyunda (104:111) dizindən zədəsini təzəcə sağaldan Embiid ikinci matçda dankinqdən sonra yerə yıxılıb. Embiid həmin matçda 29 xal toplayıb.


Paylaş: