
Emin Əmrullayev FIBA Konqresində
Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev və icraçı vitse-prezident Fərrux Mahmudov Bəhreynin Manama şəhərində keçirilən "FIBA Mid-Term Congress 2025"də iştirak edirlər.
Sportlife.az xəbər verir ki, orada 160-dan çox milli federasiya rəsmiləri ilə növbəti inkişaf mərhələləri müzakirə olunur.
Konqresdə FIBA-nın rəqəmsal inkişafı, qadın basketboluna dair prioritetlər, süni intellekt əsaslı həllər və yeni proqramlar təqdim edilir.
Basketbolun qlobal inkişafında müzakirə olunan bu trendlər gələcək üçün yeni imkanların qapısını açır.