
9-cu dəfə "qızıl dubl"
"Barselona" La Liqanın 36-cı turunda səfərdə "Espanyol"a qalib gələrək (2:0) vaxtından əvvəl İspaniya çempionu olub.
Sportlife.az xəbər verir ki, kataloniyalılar bundan əvvəl ölkə kubokunu qazanıblar.
Bununla da "Barselona" tarixində 9-cu dəfə "qızıl dubl" edib. Klub daha əvvəl 1952, 1953, 1959, 1998, 2009, 2015, 2016 və 2018-ci illərdə bir mövsümdə iki yerli turnirin qalibi olub.