FIFA referimiz Avropa çempionatında

  • Dünən, 16:57

FIFA referisi Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.

Sportlife.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

O, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarında ehtiyat hakim olacaq.

Qeyd edək ki, Avropa çempionatı mayın 19-dan iyunun 1-dək 8 komandanın iştirakı ilə Albaniyada təşkil ediləcək.


Paylaş: