
Ulduzlar Bakıya gəlir
Məşhur UFC ulduzları Bakıya gələcək.
Sportlife.az xəbər verir ki, UFC-nin Şöhrət zalının üzvü və keçmiş orta çəki çempionu Maykl Bispinq təşkilatın Azərbaycanda keçiriləcək ilk tarixi turniri çərçivəsində paytaxtımıza səfər edəcək.
Maykl Bispinq, Brendon Fitzcerald və Pol Felder iyunun 21-də "Kristal Zal"da baş tutacaq bu möhtəşəm turnirin rəsmi şərhçiləri olacaqlar.
Eyni zamanda, UFC dünyasının canlı əfsanəsi Brus Baffer turnirin oktaqon aparıcısı olacaq.
Gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında keçiriləcək.
Gecənin "co-main" eventi isə Azərbaycan təmsilçisi Rafael Fiziev ilə İqnasio Baxamondes arasında yüngül çəkidə keçiriləcək döyüş olacaq.