Lebron Ceyms rekord qırdı

  • 22 Noyabr 2023, 12:40

“Los Angeles Lakers” “Utah Jazz”ı 131:99 hesabı ilə məğlub edib. 
 
Sportlife.az xəbər verir ki, Kaliforniya lideri Lebron Ceyms qarşılaşmada 17 xal toplayıb.

O, bu oyunda 39.000 xal həddini keçib. Ceyms NBA tarixində bu həddə çatan ilk basketbolçu olub.

Ceymsin hazırda 39,012 xalı var. O, daha əvvəl 38,387 xal toplayan Karim Abdul-Cabbarı keçərək NBA rekordunu qırmışdı.


Paylaş: