Millimiz olimpiadaya bir az da yaxınlaşdı

  • 13 Aprel 2024, 14:11

Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyununu keçirib.

Sportlife.az xəbər verir ki, yığma Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ikinci günündə Monqolustana 13:12 hesabı ilə qalib gəlib. Bununla da, Azərbacan millisi yarımfinala vəsiqə əldə edib.

Millimiz ötən gün B qrupundakı ilk matçında Çilini məğlub edib - 17:14.


Paylaş: