Millimizin Avropa çempionatında keçirəcəyi oyunların təqvimi açıqlandı

  • 8 İyul 2024, 11:33

Azərbaycanın yeniyetmə basketbolçulardan ibarət millilərinin Avropa çempionatında keçirəcəyi oyunların təqvimi açıqlanıb.

Sportlife.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

9-14 iyul Albaniyanın paytaxtı Tirana şəhərində 16 yaşlı oğlanlar arasında basketbol üzrə Avropa çempionatı “C” divizionu oyunları baş tutacaq. A qrupunda qərarlaşmış U-16 millimiz, Albaniya, Malta və Moldova yığmalarına qarşı mübarizə aparacaq. Tahir Baxşıyevin rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu, 9 iyul Bakı vaxtı ilə saat 21:30 -da yerli Albaniya yığmasına qarşı olacaq. Yığmamız qrupda növbəti oyunlarını, 10 iyul saat 16:30-da Moldova və 11 iyul saat 16:30-da Malta millilərinə qarşı keçirəcəkdir. Qeyd edək ki, Avropa çempionatının bütün oyunları FİBA -nın rəsmi “youtube” hesabından canlı olaraq yayımlanacaq.

9-14 iyul Cəbəllütariqdə 16 yaşlı qızlar arasında basketbol üzrə Avropa çempionatı “C” divizionu oyunları baş tutacaq. A qrupunda qərarlaşmış qızlardan ibarət U-16 millimiz, Gürcüstan, Ermənistan və Kipr yığmalarına qarşı mübarizə aparacaq. Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu, 9 iyul Bakı vaxtı ilə saat 15:00-da Ermənistan yığmasına qarşı olacaq. Qızlarımız qrupda növbəti oyunlarını, 10 iyul saat 12:30-də Gürcüstan və 11 iyul saat 12:30-də Kipr millilərinə qarşı keçirəcəkdir. Qeyd edək ki, Avropa çempionatının bütün oyunları FİBA -nın rəsmi “youtube” hesabından canlı olaraq yayımlanacaq.


Paylaş: