Anna Elimerdanova burunc medal qazandi, XII defe teskil olunan enenevi yarisa Azerbaycan millisi Polsada qadin bokscular arasinda beynelxalq turnir

Anna Əlimərdanova bürünc medal qazandı

  • 11 Sentyabr 2017, 16:30

Sentyabrın 6-9-da Polşada qadın boksçular arasında beynəlxalq turnir keçirilib.

Sportlife.az xəbər verir ki, XII dəfə təşkil olunan ənənəvi yarışa Azərbaycan millisi də qatılıb.

 19 ölkənin mübarizə apardığı turnirdə yığmamız 2 boksçu ilə təmsil olunub. Elbrus Rzayevin yetirmələrindən Anna Əlimərdanova çıxışını bürünc medalla başa vurub.

54 kq çəki dərəcəsində rinqə çıxan təmsilçimiz Çloe Tomas (Uels) və Dina Jolomana (Qazaxıstan) qalib gələrək, yarımfinala yüksəlib. O, bu mərhələdə Çin Taypeyindən olan Yu-Tinq Linlə üz-üzə gəlib. Gərgin keçən döyüş rəqibin qələbəsi ilə başa çatıb. Nəticədə Əlimərdanova turniri 3-cü yerdə bitirib.

Digər boksçumuz Yana Alekseyevna (60 kq) isə 1/8 finalda büdrəyib. O, Mira Potkonenə (Finlandiya) məğlub olub.


Paylaş: