Çempionluq kəmərindən məhrum edildi

  • Bu gün, 16:52

Dünya Boks Şurası (WBC) Terens Kroufordu çempionluq kəmərindən məhrum edib.

Sportlife.az xəbər verir ki, təşkilat bu qərarı amerikalı boksçunun son iki döyüşdə qazandığı pulun bir hissəsini təhvil verməməsi səbəbindən qəbul edib.

WBC prezidenti Maurisio Süleymanın sözlərinə görə, Krouford sentyabr ayında Saul Alvareslə döyüşdə 50 milyon dollar qazanıb və 300 minlik haqqı ödəməkdən imtina edib.


Paylaş: