"Barselona"nın oyununda kobud səhv

  • 15 Aprel 2026, 11:28

Keçmiş futbol hakimi Anduxar Oliver Çempionlar Liqasının 1/4 final mərhələsinin 2-ci oyununda "Atletiko"nun qapıçısı Xuan Musso ilə "Barselona"nın yarımmüdafiəçisi Fermin Lopes arasında baş verən toqquşma ilə bağlı şərh verib.

Sportlife.az xəbər verir ki, onun sözlərinə görə, qolkiperin pis niyyəti olub-olmamasından asılı olmayaraq, bu, penaltidir:

"Atletiko"nun qapıçısı irəli çıxır və rəqibə zərbə endirir".

Qeyd edək ki, "Atletiko"nun yarımfinaldakı rəqibi "Arsenal" - "Sportinq" cütünün qalibi olacaq.


Paylaş: