"Biz yarımfinala çıxmağa yaxın idik"

  • 17 Aprel 2024, 18:48

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen PSJ ilə oyundan (1:4) sonra Çempionlar Liqasından kənarlaşdırıldıqdan sonra fikirlərini bölüşüb.

Sportlife.az xəbər verir ki, o hesab edir ki, cavab matçının nəticəsinə Ronald Arauxonun 29-cu dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulması təsir edib.

“Belə məğlubiyyət çox ağrıdır, çünki ilk oyundan sonra biz daha da irəli gedə biləcəyimizi hiss etdik. Hesab tablosundakı nəticəni inkar edə bilməzsiniz, lakin biz yarımfinala çıxmağa yaxın idik" - deyə qapıçı "Sky Sports"a açıqlama verib.

Aprelin 16-da kataloniyalılar evdə PSJ-yə böyük hesabla uduzdular (1:4), iki matçdan sonra (4:6) turniri tərk etdilər.


Paylaş: