"Qarabağ"ın rəqibi xal itirdi

  • 17 Yanvar 2026, 14:12

Almaniya Bundesliqasında XVIII tura start verilib. 

Sportlife.az xəbər verir ki, ilk gündə 1 oyun baş tutub.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın növbəti rəqibi olan "Ayntraxt" "Verder"in qonağı olub. 6 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib.

Bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran Frankfurt təmsilçisi 7-ci pillədə qərarlaşıb.

"Ayntraxt" növbəti oyununu yanvarın 21-də Bakıda "Qarabağ"a qarşı keçiriləcək.


Paylaş: