
Qvardiolaya qarşı oynamaqdan bezib
"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının pley-off mərhələsində "Mançester Siti" ilə cavab oyunu öncəsi fikirlərini bölüşüb.
Sportlife.az xəbər verir ki, italiyalı mütəxəssis həmkarı Xosep Qvardiola ilə zarafat edib:
"Hələ də onun fantastik məşqçi olduğunu düşünürəm, amma Pepə qarşı oynamaqdan bezmişəm. Bununla belə, onu izləmək həmişə xoşdur".
Qeyd edək ki, oyun bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk matçda "Real" 3:2 hesablı qələbə qazanıb.