Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirində iştirak edəcək
Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcək.
Sportlife.az xəbər verir ki, oktyabrın 11-dən 13-dək davam edəcək yarışda 30 ölkədən 232 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 8 çəki dərəsində 12 kişi və 2 qadın idmançı ilə təmsil olunacaq.
Cüdoçular böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Elçin İsmayılov və Slavko Tekiç və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcək.
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Yarışda iştirak edəcək heyəti təqdim edirik:
Qadınlar
48 kq.
Leyla Əliyeva
57 kq.
Acelya Toprak
Kişilər
60 kq.
Balabəy Ağayev
Hüseyn Allahyarov
66 kq.
Ruslan Paşayev
Rəşad Yelkiyev
73 kq.
Rəşid Məmmədəliyev
Nəriman Mirzəyev
81 kq.
Zelim Tçkayev
Ömər Rəcəbli
90 kq.
Murad Fətiyev
Musa Hüseynli
+100 kq.
İmran Yusifov
Uşanqi Kokauri