Dünyanın ən nüfuzlu admaları siyahısında 5 idmançı var

  • 17 Aprel 2024, 20:45

"Time" jurnalı 2024-cü ilin ən nüfuzlu 100 adamının adını açıqlayıb.

Sportlife.az xəbər verir ki, müvafiq siyahıya beş idmançı daxil edilib.

“Titanlar” siyahısına üçqat Formula 1 çempionu, "Red Bull" sürücüsü Maks Ferstappen də daxil olub. Eyni siyahıya üçqat "Super Bowl" qalibi Patrick Mahomes və ikiqat WNBA çempionu amerikalı Aja Uilson daxildir.

İspan futbolçu Cennifer Hermoso 2024-cü ilin ikonları siyahısına daxil edilib. İdmançı İspaniya yığması ilə birlikdə 2023-cü il dünya çempionatının qalibi olub.

“Yenilikçilər” siyahısına Cənubi Afrika milli reqbiçisi Siyu Kolisi də daxildir. 32 yaşlı reqbiçi dünya çempionu olan milli komandanın ilk qaradərili kapitanıdır.


Paylaş: