Həmilton 2 il 8 aydan sonra…

  • 8 İyul 2024, 12:54

Formula 1-də mövsümün 12-ci yarışı keçirilib.

Sportlife.az xəbər verir ki, İngiltərədə Silverstoun trasında keçirilən yarışda yerli sürücü qələbəyə sevinib. 7 qat çempion Lyuis Həmilton 2 il 8 aylıq fasilədən sonra ilk qələbəsini qazanıb.

Onu çempionatın lideri Maks Ferstappen izləyib. 3-cü yeri isə "Maklaren"in pilotu Lando Norris tutub.

Növbəti yarış 2 həftə sonra Macarıstanda keçiriləcək.


Paylaş: