"Neftçi"nin üzvü yığmadan kənarlaşdırıldı

  • 16 Yanvar 2026, 14:08

Yanvarın 22-də və 24-də Danimarka yığması ilə yoldaşlıq oyunları keçirəcək futzal üzrə Azərbaycan millisinin təlim-məşq toplanışı üçün açıqlanmış heyətində dəyişiklik edilib.

Bu barədə Sportlife.az-a Azərbaycan Futzal Federasiyasından məlumat verilib.

"Neftçi"nin üzvü Fərid Atakişiyev ailə vəziyyəti ilə əlaqədar hazırlıq prosesində və oyunlarda iştirak edə bilməyəcək.


Paylaş: