Rusiya millisi dünya çempionatına buraxılmadı

  • Dünən, 14:35

Beynəlxalq Buzüstü Xokkey Federasiyası (IIHF) Rusiya milli komandasının 2026-cı il dünya çempionatında iştirakına icazə verməyib.

Sportlife.az xəbər verir ki, bununla bağlı qərar IIHF Şurasının İsveçrədə keçirilən iclası zamanı qəbul olunub.

Qeyd edək ki, mundiala İsveçrənin Sürix və Friborq şəhərləri ev sahibliyi edəcək. Rusiya yığması bu ilin mayında İsveç və Danimarkada keçiriləcək dünya çempionatını da buraxacaq.


Paylaş: