Ruslara qarşı 400-dən çox dopinq işi ittiham olunmadan bağlanıb

  • 12 Fevral 2024, 19:27

Rusiyalı idmançıları antidopinq qaydalarını pozmaqda ittiham edən 400-dən çox iş heç bir ittiham irəli sürülmədən bağlanıb.

Sportlife.az ARD-a istinadla xəbər verir ki, Ümumdünya Antidopinq Agentliyi (WADA) 834 mümkün pozuntu qeydə alıb, onlardan 409-u heç bir ittiham irəli sürülmədən bağlanıb. 145 iş üzrə araşdırmalar davam etdirilir.

2019-cu ilin dekabrında WADA Rusiya idmanı ilə bağlı bir sıra dopinq qalmaqallarından sonra RUSADA-nın antidopinq kodeksinə uyğun olmadığını elan edib. Sentyabrın 22-də WADA bəyan edib ki, RUSADA hələ də Ümumdünya Antidopinq Məcəlləsinə əməl etmir. Daha sonra agentlik noyabrın 23-də qeydə alınan RUSADA işi üzrə İdman Arbitraj Məhkəməsinə iddia qaldırıb.


Paylaş: