
19 yaşlı müdafiəçi üçün 60 milyon?
"Bornmut"un müdafiəçisi Din Heysen karyerasını başqa klubda davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, ispaniyalı futbolçu ilə "Liverpul" maraqlanır. Mersisaydlılar 19 yaşlı oyunçunu 60 milyon avroya almağa hazırdır.
Bu mövsüm Heysen 22 oyun keçirib, 2 qol vurub. Transfermarkt portalı futbolçunun dəyərini 18 milyon avro qiymətləndirir.