Alleqri A Seriyasında 1000 xal toplayan ilk məşqçi oldu

  • 25 Fevral 2024, 19:11

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri A Seriyasında 1000 xal toplayan ilk məşqçi olub.

Sportlife.az xəbər verir ki, turinlilər 26-cı turda evdə "Frozinone"yə qalib gəlib - 3:2. Bu qələbə sayəsində 56 yaşlı italiyalının aktivində 1002 xal yığılıb.

Alleqri 2021-ci ildə ikinci dəfə "Yuventus"u çalışdırmağa başlayıb. Bundan əvvəl o, artıq 2014-2019-cu illərdə Turin komandası ilə çalışıb. O, həmçinin "Milan", "Kalyari" və "Sassuolo"da da məşqçilik edib.


Paylaş: