Ançelottidən qələbə şərhi

  • 22 Aprel 2024, 12:34

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 32-ci turunun "Barselona" ilə oyununu (3:2) şərh edib.

Sportlife.az xəbər verir ki, mütəxəssis bu barədə AS-a danışıb.

“Bərabər matç oldu, mübarizə bərabər şəraitdə keçdi, biz çempionata intriqanı qaytarmaq üçün əlindən gələni edən rəqiblə qarşılaşdıq. Müxtəlif vəziyyətlərdə öhdəsindən gələ bildik. Döyüşmək məcburiyyətində qaldıq və bunu bacardıq. Son gücümüzlə, son damcı enerjidən istifadə edərək, qələbə qolunu vurmağı bacardıq və bu, unudulmazdır. Komanda ilə fəxr edirəm, iki çox çətin oyun keçirdilər. Biz onlarla əla iş gördük və indi xoşbəxtik. İndi mövsümün final hissəsinə hazırlaşmalıyıq. Biz yaxşı vəziyyətdəyik, böyük arzumuz və həvəsimiz var və "Bernabeu"da gözəl atmosferdə oynayırıq. İnanıram ki, birlikdə bu mövsüm müsbət nəyəsə nail olacağıq. İndi dincəlməliyik, çünki həftə çətin, lakin unudulmaz oldu”, - deyə Ançelotti bildirib.

"Real Madrid" 81 xalla İspaniya çempionatının cədvəlinə başçılıq edir, "Barselona" 70 xalla ikincidir.

Növbəti turda “Real” səfərdə “Real Sosyedad”, “Barselona” isə “Valensiya”nı qəbul edəcək.


Paylaş: