Arşavin "Arsenal"da oynaya biləcək rusların adlarını açıqlayıb

  • 17 Aprel 2024, 18:10

"Arsenal"ın sabiq hücumçusu Andrey Arşavin maraqlı açıqlaması ilə diqqət çəkib.

Sportlife.az xəbər verir ki, veteran futbolçu SE-yə müsahibəsində hansı rusiyalı futbolçuların "Arsenal"da özlərini sübut edə biləcəyini təklif edib.

"Qolovin - yüz faiz! O, indi özünün ən yaxşı çağındadır. Zənnimcə, Pinyaevin yaxşı şansı var. Böyük potensiala malik istedadlı uşaqlardırlar. Kuzyaev beş yaş kiçik olsaydı, onun da adını çəkərdim.Dalerin artıq 31 yaşı var, bu yaşda yüksək Premyer Liqa klubuna dəvət almaq çətindir" - deyə Arşavin bildirib.

Arşavin 2009-2013-cü illərdə "Arsenal"da çıxış edib. O, londonluların heyətində 144 oyun keçirib, 31 qol vurub və 46 məhsuldar ötürmə edib.


Paylaş: